Səbətiniz boşdur
Ehtiyacın dəqiqləşdirilməsi
Obyektin tipi, nəzarət zonaları, mövcud infrastruktur və gözlənilən nəticə müəyyən edilir.
Alarm layihəsi giriş nöqtələrini və risk zonalarını vaxtında aşkar edib xəbərdarlıq yaratmalıdır. Sensorun tipi və yerləşməsi yalnış siqnalları azaltmaq, real hadisəni isə gecikmədən bildirmək üçün vacibdir.
Mənzil, fərdi ev, ofis, mağaza, anbar və texniki otaqlar üçün naqilli və ya simsiz həll obyektin quruluşuna görə seçilir.
Obyektin tipi, nəzarət zonaları, mövcud infrastruktur və gözlənilən nəticə müəyyən edilir.
Uyğun cihazlar, kabel və enerji sxemi, yaddaş və şəbəkə ehtiyacı hesablanır.
Avadanlıq təhlükəsiz montaj olunur, tətbiq və istifadəçi parametrləri sazlanır.
Görüntü, yazı, bildiriş və əsas istifadə ssenariləri yoxlanaraq sistem izah edilir.
Yekun məbləğ cihaz sayı və modelindən, kabel məsafəsindən, montaj hündürlüyündən, divar və tavan quruluşundan, mövcud şəbəkədən və əlavə elektrik işlərindən asılıdır. Buna görə səhifədə reallığa uyğun olmayan sabit paket qiyməti göstərilmir; dəqiq məlumat əsasında şəffaf təklif hazırlanır.
Heyvan tolerantlığı olan uyğun sensor və düzgün hündürlük seçildikdə yalnış siqnal riski azaldıla bilər. Obyekt şəraiti əvvəlcədən qiymətləndirilməlidir.
Lokal siren və sensor işi sistem arxitekturasından asılı olaraq davam edə bilər. Mobil bildiriş üçün internet və ya uyğun GSM kanalı tələb olunur.
Ehtiyat akkumulyatoru olan panel müəyyən müddət işləməyə davam edir. Müddət cihazların yükünə və batareyanın vəziyyətinə bağlıdır.
Ünvan sizdən, çatdırılma bizdən
Suallarınızın cavabını bizdən alın
100% təhlükəsiz ödəmə sistemi
10 gün ərzində