Təhlükəslik kameraların kiber hücumlardan necə qorumalı ?
IP kameralar uşaqları, yaşlı insanları və heyvanları uzaqdan izləmək və ya evləri, iş yerlərini oğurluqdan qorumaq üçün istifadə olunur. Lakin, bu kameralardan istifadə edərkən, kameralarınızın təhlükəsizliyinə də diqqət yetirməliyik
Son zamanlar, milyonlarla IP təhlükəsizlik kamerası hack olunaraq DDOS hücumlar üçün istifadə edilmişdir. Bundan başqa, hackerlar ev və iş yerlərinin kameralarının təhlükəsizlik şifrələrini qırıb , kameraların canlı video görüntülərini yayımlayıblar.
1)Kameranın standart şifrəsinin dəyişdirin
Standart şifrəni istifadə edən təhlükəsizlik kameraları asanlıqla başqaları tərəfindən hücuma məruz qala və nəzarət edilə bilər.Kamera markasına və modelini bildikdən sonra , standart parolları yoxlamaqla kamera görüntülərinə və parametrlərinizə asanlıqla daxil ola bilərlər.İstifadəçilər şifrəni mütləq dəyişməli şifrəni dəyişdirməlidir və şifrədə bir sıra, böyük və kiçik simvolu olan güclü bir parol istifadə etməlidir.
Yarana biləcək hər hansı şifrə oğurlanma hadisəsində, şifrə yenisiylə əvəz olunmalıdır
2. Proqram təminatının yenilənməsi
Kameralarınızın mümkün təhlükəsizlik təhdidlərini bağlamaq məqsədiylə bütün İP kameralar , NVR , DVR cihazları ən son proqramına yenilənməlidir.Bu mənada professional texniki yardım almağınız vacibdir.
3. HTTP və TCP standart port nömrələrini dəyişdirməlisiniz
Standart HTTP və TCP bağlantısı port nömrələrini dəyişdirmək kameralarınızın təhlükəsizliyini böyük ölçüdə artırır. HTTP və TCP portları uzaqdan əlaqə və video giriş üçün istifadə olunur. Bu iki port nömrəsini hər hansı bir port nömrəsinə 1025 və 65535 arasında təyin edə bilərsiniz. Port nömrəsini dəyişdirdikdən sonra, monitorinq proqramlarınızda dəyişiklik etməyi unutmayın!
Siz ip kameranıa veb brauzer vasitəsilə giriş edirsinizsə, SSL sertifikatı əldə edərək kamera və cihaz (NVR, web browser, NAS, proqram təminatı və s.) Arasında informasiya mübadiləsini şifrələyə bilərsiniz.
SSL sertifikatı ödənişli istifadə olunan rəqəmsal bir sertifikatdır. Daha korporativ və gizlilik tələb edən yerlərdə istifadə edilə bilər.
5. IP filtrləməni aktivləşdirin
Kamera və ya router / modem vasitəsilə IP filtrini aktivləşdirin.
Bu halda, yalnız təyin etdiyiniz IP ünvanı ilə kameraya qoşula bilərsiniz
6. İstifadəçi parametrlərini tənzimləyin
Kameralara birdən çox istifadəçinin giriş etməsi lazım gələrsə, hər bir istifadəçi hesabına fmüxtəlif tənzimləmələr və icazələr verin.Anonim bağlantını de aktiv edin.
7. UPnP xüsusiyyətini ləğv edin
Modem / routerdə UPnP xüsusiyyəti aktiv olduqda, kameralar bütün portları modem / router üzərindən avtomatik olaraq bir sorğu göndərərək açır. Http və tcp portları uzaqdan izləmə və tənzimləmə üçün kifayətdir. Digər idarəetmə portlarının açılması kənar təhdidlərə və hücümlara şərait yarada bilər. İstədiyiniz portları manual açmağınız və UPnP-ni silməyiniz məsləhətdir
9. SNMP icazəsi
SNMP funksiyasını istifadə etmirsinizsə, onu ləğv etməyinizi məsləhət görürük. SNMP funksiyası kameraya proqram vasitəsilə daxil olmaq və idarə etmək imkanı verir.
Təhlükəsizliyinə dair dəqiq məlumat olmadığı üçün onu bağlamaq məsləhətdir
10. Girişləri ( Logları) daimi izləyin
Kameranızın təhlükəsiz olub olmadığını bilmək istəsəniz, icazəsiz giriş cəhdinin və ya hücum cəhdinin olub olmadığını öyrənmək üçün kameraların gündəliklərini - loglarını yoxlaya bilərsiniz. Cihazın günlük faylında, hansı istifadəçinin giriş etdiyini hansı IP ünvanının qeyd olunduğunu və istifadəçi tərəfindən hansı işlər görüldüyünü öyrənə bilərsiniz.
11. Fiziki qoruma
Maksimum qoruma təmin etmək üçün şəbəkənizin və kamera avadanlığının fiziki qorunmasını təmin edə bilərsiniz. Avadanlıqları kilidli bir otaqda yerləşdirə bilərsiniz. Belə bir imkanınız yoxdursa, icazəsiz girişin qarşısını almaq üçün kilidli bir kabin istifadə edə bilərsiniz.
12. IP kameraları PoE girişindən NVR cihazına bağlayın
Özündən PoE dəstəkli NVR cihazı istifadə edirsinizsə, kameraları PoE girişlərinə bağlaya bilərsiniz. Poe girişindən bağlanan kameralara sadəcə nvr cihazı üzərindən giriş əldə etmək mümkündür.
Yuxarıda bəhs edilən təhlükəsizlik tədbirlərinin əvvəlcə modem üçün edilməsi əhəmiyyətlidir. Əgər modeminizin hər hansı bir təhlükəsizlik açığı varsa internet piratlarının sisteminizə sızmasını asanlaşdırmış olacaqsınız.